Aralıq dənizinin ortasında, Siciliyanın şimalında elə bir ada var ki, minlərlə ildir bir an da sükuta qərq olmayıb. Dünyadakı bir çox vulkan uzun illər dərin yuxulara getdiyi halda, Stromboli vulkanı demək olar ki, iki min ildir fasiləsiz şəkildə atəş püskürtməyə davam edir.
Qaynarinfo xəbər verir ki, qeydə alınan ilk hərəkətliliyi miladdan əvvəl 350-ci ilə qədər uzanan bu təbiət möcüzəsi o gündən bəri lavlarını səmasına atmaqdan vaz keçməyib. Gecələr yaydığı cazibədar narıncı parıltı sayəsində dənizçilər ona "Aralıq dənizinin Dəniz Fənəri” adını veriblər. Sanki bitməyən bir hava fişekləri şousunu xatırladan bu partlayışlar, bu gün elmi dünyada "Stromboli tipi” partlayış termini üçün ilham mənbəyi olub.
Strombolinin əsas özəlliyi, adətən qısa müddətli və ritmik partlayışlarla lavları bir neçə yüz metr hündürlüyə fırlatmasıdır. Lakin bu ritmik rəqs hər zaman bu qədər "təhlükəsiz” olmur. Tarix boyunca vulkanın qəzəbi bəzən nəzarətdən çıxıb və ada sakinlərinə çətin anlar yaşadıb.
Xüsusilə 1910-cu ildən başlayaraq 1931-ci ilə qədər davam edən çox hərəkətli dövr, vulkanın nə qədər dağıdıcı ola biləcəyini acı bir şəkildə göstərdi. 1919-cu ilin mayında baş verən bir partlayışda göydən düşən nəhəng qayalar kəndə düşdü, eyni zamanda sunami və yanğınlar adanı fəlakət zonasına çevirib.
Vulkanın ən sərt üzünü isə 11 sentyabr 1930-cu il səhəri göstərdi. Həmin gün baş verən iki nəhəng partlayış, səma boyunca 2,5 kilometr hündürlüyündə kül buludu göndərib. Əsas təhlükə isə yamaclardan aşağı sürətlə axan "akkor buludlar”, yəni aşırı isti qaz və kül yığınları idi. Dənizə qədər çatan bu yandırıcı dalğa və ətrafa fırlanan 30 tonluq nəhəng daş blokları böyük dağıntı yaradıb. Bu hadisə, Strombolinin müasir tarixdəki ən ölümcül və güclü partlayışı kimi qeydə alınıb.
Bu fəlakətdən sonra vulkan 2 fevral 1934-cü ildə yenidən sərt şəkildə fəaliyyətə başlayıb. O gündən başlayan püskürmə prosesi onlarla il keçməsinə baxmayaraq hələ də bitməyib. Bu gün Stromboli, dünyanın ən aktiv vulkanlarından biri olaraq həm turistləri, həm də elm adamlarını cəlb etməyə davam edir. Davamlı lav axını və dayanmayan enerjisi ilə bu ada, təbiətin həm ən estetik, həm də ən təhlükəli üzlərindən birinə çevrilib.
Aydın
Şərhlər