ABŞ-ın Venesuelaya hücumundan əvvəl, Pentaqon (Müdafiə Nazirliyi) ətrafındakı pitsaçıların qeyri-adi dərəcədə sıx olduğu iddia edilib. Məlumata görə, "gizli hərbi hərəkətlilik”dən əvvəl Pentaqon ətrafındakı pitsaçıların satışları yenidən pik həddə çatıb.
Qaynarinfo xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi binasının ətrafındakı pitsa restoranlarında gecə saatlarında normaldan artıq sıxlıq müşahidə edildiyi bildirilir.
Sosial media istifadəçiləri Pentaqon ətrafındakı pitsa restoranlarına verilən sifarişlərin artmasını uzun müddətdir ABŞ-ın digər ölkələrə yönəlmiş hərbi əməliyyatları ilə əlaqələndirir.
ABŞ mərkəzli X platformasında fəaliyyət göstərən "Pentagon Pizza Report" adlı hesab iddia edir ki, ABŞ-ın səhər saatlarında Venesuelaya hücum etdiyi vaxtlarda Pentaqon ətrafındakı bir neçə pitsa restoranında sıxlıq müşahidə olunub.
Oxşar iddialar, İsrailin İranın nüvə obyektlərinə yönəlmiş hücumları zamanı da gündəmə gəlmişdi. Bu hücumlar Orta Şərqdə gərginliyi artırmış və İranın raketli cavabları ilə qarşılıqlı hücumlara çevrilmişdi.
ABŞ mətbuatı İsrailin İran hücumundan bir neçə gün əvvəl mümkün əməliyyat barədə xəbərlər yayımlamış və ABŞ kəşfiyyatının xəbərdarlıqlarına diqqət çəkmişdi.
ABŞ-ın 22 iyun və İsrailin 13 iyun tarixində İran hücum planlarını böyük gizlilikdə həyata keçirdiyi dövrdə, Pentaqondakı hərəkətlilik sosial mediada geniş müzakirə olunmuşdu. Vaşinqtondakı pitsaçıları izləyən bir sosial media hesabı, Pentaqondan verilən sifarişlərdə ani artım olduğunu bildirmişdi.
X platformasında "gizli hərbi hərəkətlilik” paylaşan digər bir hesab isə İran dövlət televiziyasının hücum xəbərini yaymasından təxminən bir saat əvvəl Pentaqon ətrafındakı pitsaçılarda qeyri-adi sıxlıq yarandığını iddia etmişdi.
"The Takeout” saytının məlumatlarına əsaslanan "Pentagon Pizza Raport” adlı hesab yazırdı: "Saat 18:59-a qədər Pentaqon yaxınlığındakı bütün pitsaçılarda böyük sifariş artımı müşahidə edildi". Bu hərəkətliliyin Tehrandakı partlayışların İran dövlət televiziyasına əks olunmasından təxminən bir saat əvvəl başladığı qeyd olunmuşdu.
Aydın
Şərhlər