Xəbər lenti

8 nəvəsi var, 10-cu uşağı doğuldu - Lənkəranda maraqlı hadisə
Ölkə 12:26 10.01.2026

8 nəvəsi var, 10-cu uşağı doğuldu - Lənkəranda maraqlı hadisə

Lənkəranda ailənin 10-cu uşağı dünyaya gəlib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Sinovli kənd sakini 45 yaşlı Samirə Mehrəliyeva 10-cu uşağını dünyaya gətirib.

Lənkəran Regional Perinatal Mərkəzdə doğulan uşağın cinsiyyəti oğlandır.

Qeyd edək ki, 26 ildir ailə quran ailənin 10 uşağından 7-si qız, 3-ü oğlandır. Qızlardan 5-i artıq ailə qurub. Samirə Mehrəliyevanın 8 nəvəsi var.
--> -->