Xəbər lenti

Şirkət rəhbərinə
Ekonomiks 18:40 01.05.2026

Şirkət rəhbərinə "stop" qoyuldu

"Azrabitə Layihə" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, buna səbəb Quliyev Zakir Arif oğlunun rəhbəri olduğu "Azrabitə Layihə" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu yaranmasıdır. 

İdarə tərəfindən borcun ödənilməsi üçün məhkəməyə müraciət edilib. 

Məhkəmə 1953-cü il təvəllüdlü Zakir Quliyevin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb. 

Aydın
--> -->