Xəbər lenti

Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Ölkə 20:33 01.05.2026

Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Ağdamda yol qəzası baş verib, ölənlər və yaralananlar var.

APA-nın xəbərinə görə, hadisə rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107” markalı minik avtomobili qarşıdan gələn "Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər isə ağır xəsarət alıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
--> -->