Xəbər lenti

8 şagirdin zəhərlənməsinin səbəbi nədir? - Professor xəbərdarlıq edir
Sağlamlıq 19:20 11.12.2025

8 şagirdin zəhərlənməsinin səbəbi nədir? - Professor xəbərdarlıq edir

Professor Adil Qeybulla Nəsimi rayonu, 14 saylı orta məktəbdə 8 nəfər şagirdin saqqızdan zəhərlənməsinə aydınlıq gətirib.

Professor Qaynarinfo-ya açıqlamasnda bildirib ki, istəlinən qida maddələrindən, preparatdan, ümumiyyətlə, qida əlavələrindən zəhərlənmə halları mümkündür:

"İstəlinən qida kimi nəzərdə tutulan maddələrin içərisində qida əlavələri var. Qida əlavələri qidaya dad, rəng, struktur verən maddələrdir. Bu maddələrin miqdarı müəyyən bir həddə olmalıdır. Onlar ayrılıqda qida deyil. Onların tərkibində ağır metal duzları, digər zərərli maddələr ola bilər. İstəlinən halda şagirdlərin zəhərlənməsinin hansı maddədən olduğunu bilmək üçün tədqiqat aparılıb, məsələ araşdırılmalıdır. Ola bilər ki, saqqızın içinə hansısa formada infeksiya düşüb, ya da texniki şərtlər düzgün qurulmayıb və s. Araşdırılmalı məsələdir".



Adil Qeybulla hesab edir ki, qida maddələrinin keyfiyyətinə çox diqqət edilməlidir:

"Xüsusi ilə ölkəyə daxil olan qida maddələri daim nəzarətdə olmalıdır. Çünki qida təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir”.

Qeyd edək ki, Nəsimi rayonu, 14 saylı orta məktəbdə 8 nəfərin zəhərlənməsi ilə bağlı təcili çağırış qeydə alınıb.

İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Şagirdlərin saqqızdan zəhərlənməsi ehtimal olunur.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->