Bakıda yaşayış binasının hotelə çevrilməsi narazılığa səbəb oldu (VİDEO)
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub.
Bir qrup sakin “Xəzər Xəbər”ə müraciət edərək idda ediblər ki, binada antisanitar vəziyyət yaranıb, səs- küydən gecələr mənzillərində rahat yaşaya bilmirlər. MTK isə onların bu vəziyyətinə biganə yanaşır.
Sakinlər deyirlər ki, bununla bağlı MTK rəhbərliyinə dəfələrlə müraciət etsələr də, onların narazılığına məhəl qoyulmayıb.
Sakinlərn iddialarına aydınlıq gətirmək məqsədi ilə əvvəlcə MTK rəhbərliyi ilə əlaqə saxlanılsa da, sualı dinləyib dəstəyi asıblar.
Daha sonra eyni adlı hotelə müraciət edilib. Onlar da kameramızın obyektivindən yayınıblar.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirib ki, qeyd olunan ərazidə hotel əməkdaşları tərəfindən antisanitar vəziyyət yaradılması ilə bağlı vətəndaşların polisə müraciəti əsasında araşdırma aparılıb və inzibati qaydada protokol tərtib olunub. Eyni hal təkrarlanacağı təqdirdə daha ciddi məsuliyyət tədbirləri görüləcək.
Sakinlər isə problemin tezliklə həll ediləcəyinə ümid edirlər.
Şərhlər