Sənət 12:09 07.09.2023

85 yaşlı Xalq artisti vəzifəsindən azad olundu

Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, buna səbəb xanəndənin səhhətindəki problemlər olub. O, professor kimi konservatoriyadakı fəaliyyətini davam etdirəcək. 

Qeyd edək ki, fevralda A.Babayevin 85 yaşı tamam olub.