Xəbər lenti

AAYDA-nın bu qurumu ləğv edilir
Ekonomiks 15:09 17.04.2026

AAYDA-nın bu qurumu ləğv edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1117 Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi, ev 2025-ci məhəllə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən qurum 2005-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hacıyev Ələddin Əli oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir.
--> -->