Xəbər lenti

Dünya 10:50 21.12.2023

ABŞ bu şərtlə Maduronun müttəfiqini azad etmək üçün Venesuela ilə razılaşdı

ABŞ Venesuela ilə 10 amerikalı məhbusun qarşılığında prezident Nikolas Maduronun müttəfiqini azad etmək barədə razılığa gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə NBC məlumat yayıb

Maduro müttəfiqi Aleks Saab 2020-ci ildə Venesuela hökumət rəsmilərinin rüşvətxorluğu və Venesuelada çirkli pulların yuyulmasında oynadığı rola görə həbs edilmiş kolumbiyalı iş adamıdır.

Razılaşmanın bir hissəsi olaraq Venesuela öz növbəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin tarixində ən böyük rüşvət qalmaqallarından birinin arxasında duran, daha çox "Gombul Leonard” kimi tanınan Leonard Frensini təhvil verəcək. 2022-ci ildə, hökmdən bir neçə həftə əvvəl Leonard ev dustaqlığından qaçdıqdan sonra Venesuelaya sığınıb. 

Razılaşma həmçinin Maduro hökumətindən 20 venesuelalı siyasi məhbusu, eləcə də müxalifət partiyasının üzvü Roberto Əbdülü azad etməyi və daha üç venesuelalının həbsinə dair orderləri dayandırmağı tələb edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->