Xəbər lenti

ABŞ İran və Türkiyədən olan qaçqınları Afirka ölkəsinə deportasiya edəcək
Dünya 17:34 12.06.2026

ABŞ İran və Türkiyədən olan qaçqınları Afirka ölkəsinə deportasiya edəcək

ABŞ hakimiyyəti sığınacaq üçün müraciət etmiş bir neçə miqrantın Mərkəzi Afrika Respublikasına (MAR) deportasiya edilməsini planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” iki hüquqşünas və bir rəsmi şəxsə istinadən məlumat yayıb.

Onların arasında İran, Suriya, Əfqanıstan və Türkiyədən olan şəxslər var.

Məsələn, İran əsilli miqrantlar arasında demokratik hərəkat fəalı olan və xristianlığı qəbul etmiş bir qadın da yer alır. Bu barədə qaçqınların vəkili Emili Trostl agentliyə bildirib. Onun sözlərinə görə, hər iki qadın 2024-cü ilin noyabrında ABŞ-a gəlib və sığınacaq üçün müraciət edib. Onlar daha sonra bir hakim tərəfindən deportasiyanın dayandırılması qərarı alıblar, çünki onların təqib və ya işgəncə riski yüksək qiymətləndirilib.

Bundan əlavə, miqrantlar arasında siyasi təqiblərdən qaçan Türkiyə vətəndaşı da var. Onun vəkili anonimlik şərti ilə bildirib ki, məhkəmə bu şəxsin deportasiyasını da rədd edib.

ABŞ rəsmisinin sözlərinə görə, ilk uçuşla MAR-a təxminən 20 nəfər göndəriləcək.

7 iyunda "Reuters” mənbələrə istinadən ABŞ-ın MAR-la ABŞ tərəfindən deportasiya edilən miqrantların qəbuluna dair razılıq əldə etdiyini yazmışdı. Daha əvvəl ABŞ hakimiyyəti eyni qaydada miqrantları Konqo Demokratik Respublikası, Qana, Syerra-Leone və Ekvatorial Qvineyaya göndərmişdi. Bir çox hallarda həmin miqrantların ABŞ immiqrasiya məhkəmələri tərəfindən verilmiş deportasiyadan qorunma statusu olduğu bildirilir.

Aydın

--> -->