ABŞ Konqresində ikipartiyalı parlamentarilər qrupu Macarıstanın baş naziri Viktor Orbanın Fides partiyası ilə əlaqəsi olan macar siyasətçilərə qarşı sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi hazırlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian"
yazır.
Siyahıya əvvəllər dövlət vəzifələrində çalışan, eləcə də sadəcə olaraq Orban hökumətini və onun partiyasını fəal şəkildə dəstəkləyən şəxslər daxil ola bilər.
Qanun layihəsinin hazırlanmasına 2022-ci ildə başlanılıb. Onun ABŞ Konqresində baxılmasına 2023-cü ilin mayında başlanacağı gözlənilir. Qanun layihəsinin müəllifləri əmindirlər ki, bu, parlamentarilərin əksəriyyəti tərəfindən dəstəklənəcək.
Nizami Bağırov
Şərhlər