Xəbər lenti

Dünya 20:00 08.04.2024

ABŞ NATO müttəfiqlərinə təzyiq göstərəcək

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib ki, Vaşinqton müdafiə xərclərini milli ÜDM-in 2%-i səviyyəsinə çatdırmaq üçün Alyansın hər bir üzvünə təzyiq göstərəcək. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, bu gün NATO-nun 20 ölkəsi ÜDM-in 2%-i həcmində xərc normasına əməl edir. Smit bunu 10 il ərzində əhəmiyyətli artım adlandırıb.

"Əlbəttə, biz 32 NATO dövlətinin hamısının belə olmasını istəyirik və həmin həddə çatana qədər səylərimizi davam etdirəcəyik", deyə Smit bildirib.

O vurğulayıb ki, hər bir NATO üzvü Ukraynaya yardım edir. Smit ABŞ-ın Ukraynaya 74 milyard dollar, Vaşinqtonun avropalı müttəfiqlərinin isə 110 milyard dollardan çox xərclədiyi rəqəmlərə istinad edib.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Ukraynaya Alyansın iyunda keçiriləcək sammitindən konkret nəticələr vəd edib: "Mən indiki mərhələdə təfərrüatlara girə bilmərəm, lakin biz NATO-nun ukraynalılarla münasibətlərini dərinləşdirərək, üzvlük üçün körpü olacaq bu zərfi əldə etməyə çalışırıq".

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->