Dünya 23:21 25.03.2024

ABŞ səfiri: "İŞİD təhlükə olaraq qalır"

İŞİD hələ də İraq üçün təhlükə yaradır, ABŞ və onun rəhbərlik etdiyi koalisiyanın qruplaşmanı məğlub etmək işi tamamlanmayıb. 

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın İraqdakı səfiri Alina Romanovski deyib.

"Biz inanırıq ki, İŞİD İraqda daha az təhlükə olaraq qalır, lakin bizim işimiz bitməyib", deyə Romanovski bildirib.

Diplomatın sözlərinə görə, Vaşinqton İraq qüvvələrinin terror qruplaşmasının uzunmüddətli məğlubiyyətini davam etdirməsini təmin etmək istəyir.

Qeyd edək ki, Moskvadakı "Krokus Siti Hall"da 137 nəfərin ölümünə səbəb olan terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Aydın