Xəbər lenti

ABŞ vətəndaşlarına İranı təcili tərk etmək çağırışı edildi
Dünya 09:08 06.02.2026

ABŞ vətəndaşlarına İranı təcili tərk etmək çağırışı edildi

ABŞ-ın İrandakı virtual səfirliyi ölkədə olan Amerika vətəndaşlarına İranı dərhal tərk etmələri barədə xəbərdarlıq yayıb.

Qaynarinfo xəbər verir ki, bu çağırış diplomatik nümayəndəliyin rəsmi internet səhifəsində dərc olunub.

Bəyanatda bildirilir ki, ABŞ vətəndaşları gecikmədən ölkədən çıxmalı və Amerika hökumətinin birbaşa dəstəyinə arxalanmadan alternativ çıxış planı hazırlamalıdırlar.

Həmçinin qeyd olunur ki, ABŞ və İranın ikili vətəndaşlığına malik şəxslər ölkədən çıxarkən İran pasportlarından istifadə etməlidirlər. Diplomatlar eyni zamanda amerikalılara etiraz aksiyalarına qatılmamağı, diqqət çəkməməyə çalışmaları və ətraf mühitdə baş verənlərə qarşı ehtiyatlı olmaları tövsiyə ediblər.
--> -->