Xəbər lenti

AFFA 5 klubu cərimələdi
İdman 14:41 13.11.2025

AFFA 5 klubu cərimələdi

Misli Premyer Liqasında çıxış edən 5 klub cərimələnib.

Qaynarinfo xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

XI turun "Qəbələ" – "Sumqayıt" oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün "gənclik şəhəri" təmsilçisi 700 manat ziyana düşüb. "Zirə" isə "Turan Tovuz"la matçda 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün eyni məbləği ödəyəcək.

"Turan Tovuz"un futbolçusu Roberto Olabe 61-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə növbəti matçda meydana çıxmayacaq. Həmçinin Tovuz klubu 500 manat cərimələnib.

"Kəpəz" - "Sabah" matçında meydan sahibləri 5, qonaqlar isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->