Xəbər lenti

Tofiq Əliyev Avropada ilin idmançısı olmağa ən real namizəddir
İdman 20:20 28.02.2026

Tofiq Əliyev Avropada ilin idmançısı olmağa ən real namizəddir

Azərbaycanı gimnastikanın tamblinq növündə təmsil edən ikiqat dünya çempionu Tofiq Əliyev Avropada 2025-ci ilin ən yaxşı gimnastı adına layiq görülə bilər.

Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, Avropa Gimnastika Federasiyası tərəfindən təşkil olunan səsvermədə "İlin kişi gimnastı" nominasiyası üzrə namizədlər sırasında Tofiq Əliyev də yer alıb.

Təmsilçimiz bu ad uğrunda portuqaliyalı batut gimnastı Qabriel Albukerke, idman gimnastları - Hamlet Manukyan (Ermənistan), Noe Zayfat (İsveçrə) və Lyuk Vaythauzla (Böyük Britaniya) mübarizə aparır

Hazırkı nəticələrə əsasən, Tofiq Əliyev siyahıya başçılıq edir. Səsvermədə iştirak etmək və dəstək olmaq üçün keçidə daxil ola bilərsiniz: https://take.quiz-maker.com/QMTEIBV5H

Xatırladaq ki, Tofiq Əliyev bu yaxınlarda Bakıda baş tutan Dünya Kuboku yarışlarında gümüş mükafata sahib çıxıb.
--> -->