Xəbər lenti

Ağamirzə:
Maqazin 14:41 25.04.2026

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

"Bütün günü televiziya kanalları xəbərdarlıq edir ki, pis vərdişlərdən uzaq olun. Amma gənclər çox vaxt bunu dinləmir, deyilənləri eşitmirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında meyxana ifaçısı Ağamirzə Məmmədov həmkarı Vüqar Əbdülovun "meyxanaçıların çoxunun pis vərdişlərə qurşanmasının səbəbi diqqətdən kənarda qalmasıdır" fikirlərinə münasibət bildirərkən deyib. 

O bildirib ki, dövlət bu istiqamətdə üzərinə düşən vəzifələri yerinə yetirir:

"Amma gənclər verilən öyüd-nəsihətə çox vaxt qulaq asmırlar. Cavanlar məsləhətləri dinləməlidirlər. Əks halda, bu, xoşagəlməz nəticələrə gətirib çıxarır".

Ağamirzə Məmmədov Vüqar Əbdülovun fikirləri ilə qismən razılaşdığını da qeyd edib: "Hər şey insanın özündən, onun iradəsindən asılıdır. İradə zəifdirsə, insan uçuruma yuvarlana bilər".

Qeyd edək ki, meyxanaçı Vüqar Əbdülov daha əvvəl meyxana ifaçılarının bir qisminin pis vərdişlərə qurşanmasının səbəblərindən danışaraq bunun diqqətdən kənarda qalma və şöhrətin gətirdiyi məsuliyyətsizliklə bağlı olduğunu bildirib. 

Bahar Rüstəmli
--> -->