Xəbər lenti

Maqazin 11:22 06.04.2024

Ağamirzədən Balaəliyə cavab: "Söhbətdir də, edib"

"Meyxana azad sənətdir. Baləli də dostumuzdur, ürəyindən keçəni deyə bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov meyxana ifaçısı Balaəlinin "Meyxananın monopoliyası məndədir" fikirlərinə münasibət bildirərkən deyib. 

Ağamirzə Məmmədov meyxana həvəskarlarının artdığını açıqlayıb:

"Meyxana xalqın sevdiyi bir sənətdir. Hər kəs zövqünə uyğun olan sənətkarı dinləyir. Meyxana heç vaxt kiminsə inhisarında ola bilməz. Bu sənətdə hər kəs öz sözünü deyir". 

Ağamirzə Məmmədov bu gün efirlərin bütün meyxanaçıların üzünə açıq olduğunu vurğulayıb: 

"Monopoliyada olsa, onda gərək hansısa meyxanaçı hər hansı məclisə, efirə dəvət alsa gedəndə icazə alsın. Belə bir şey yoxdur. Balaəli söhbətdir də, edib. Meyxanada sözünü deyən simalar var. Onların arasında elə meyxana deyənlər var ki, dinləyəndə zövq alırsan".
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->