Ağdam rayonu ərazisində açıq sahələrdə başlayan yanğın bu gün Saybalı və Bağbanlar kəndləri istiqamətinə yayılıb.
Trend-in məlumatına görə, yanğının söndürülməsi məqsədilə əraziyə Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə Bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.
Bundan əlavə, Mərzili istiqamətində ardıcıl partlayış səslərinin eşidildiyi bildirilir. İlkin ehtimala görə, yanğının keçmiş təmas xəttində yerləşən minalanmış ərazilərə yayılması nəticəsində partlayışlar baş verir.
Hazırda yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Alov kolluq və yaşıllıq sahələrinə yayılaraq ağac və kollara da ciddi ziyan vurur.
Şərhlər