Xəbər lenti

Şahzadə Harri İngiltərədə  - Saraya buraxılmadı
Dünya 12:42 09.07.2026

Şahzadə Harri İngiltərədə - Saraya buraxılmadı

ABŞ-da həyat yoldaşı və övladları ilə birlikdə yaşayan Şahzadə Harri "Invictus Oyunları"nda iştirak etmək üçün bir həftəlik səfərlə Böyük Britaniyaya gəlib. Səfərinin ilk günündə onun yerləşməsi ilə bağlı problem yaşanıb.

Qaynarinfo xəbər verir ki, Sasseks hersoqunun sözçüsü bildirib ki, Harriyə Bukinqem Sarayında qalması üçün göndərilən rəsmi dəvət qəbul edilib. Lakin Kral Sarayı daha sonra yaydığı açıqlamada Şahzadə Harrinin sarayda yerləşməyəcəyini bildirib.

Kral ailəsinə yaxın mənbələrin sözlərinə görə, Şahzadə Harriyə kral iqamətgahında qalmaq təklif edilsə də, onun komandası ötən həftənin sonunadək cavab verilməsi tələb olunan dəvəti vaxtında təsdiqləməyib. Bildirilir ki, Kral ailəsinin qonaq qəbul etməsi üçün əvvəlcədən təşkilati hazırlıq və planlaşdırma aparılması zəruridir.

Məlumata görə, Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl, eləcə də övladları Arçi və Lilibet təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Londona səfər etməyiblər.

Qeyd edək ki, Şahzadə Harri "Invictus Oyunları"nın təsisçisidir və hər il keçirilən bu beynəlxalq idman yarışlarında iştirak etmək üçün Böyük Britaniyaya səfər edir.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->