Xəbər lenti

Şahzadə Uilyam kral olduqdan sonra qardaşımı monarxiyadan uzaqlaşdıracaq - KİV
Dünya 23:12 05.09.2025

Şahzadə Uilyam kral olduqdan sonra qardaşımı monarxiyadan uzaqlaşdıracaq - KİV

Britaniya monarxiyasında şahzadə Uilyamın taxta çıxdıqdan sonra ciddi dəyişikliklərin baş verəcəyi iddia olunur. 

Qaynarinfo xəbər verir ki, "RadarOnline"ın yazdığına görə, kral III Çarlzın varisi olan Uilyam qardaşı şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsindən tamamilə kənarlaşdırılması məsələsini nəzərdən keçirir.

Mənbələrin bildirdiyinə görə, Uilyam monarxiyanın gələcəyini yalnız dar bir çevrədə - həyat yoldaşı Keyt Middleton, övladları və etibarlı məsləhətçilərlə birlikdə görür. Bu ssenaridə Harri və Meqan üçün yer qalmır.

Kraliyyət ailəsinin hər il ənənəvi Balmoral səfəri zamanı keçirilən qapalı görüşlərdə bu mövzu müzakirə olunub. İddiaya görə, cütlüyün son imtiyazlarının da ləğvi nəzərdə tutulur. Lakin Keyt Middleton, ailə daxilində həmişə barışdırıcı rol oynamış biri kimi, bu addımın qardaşlar arasındakı münasibətləri tamamilə məhv edə biləcəyindən narahatdır:

"Keyt yaxşı bilir ki, əgər titullar ləğv olunsa, Harri bunu ailəsinə qarşı bir hücum kimi qəbul edəcək. Onun üçün bu yalnız alçaldıcı bir addım olacaq. Belə qərar qardaşların əlaqələrini birdəfəlik kəsəcək".

Xatırladaq ki, media artıq dəfələrlə iki qardaş arasındakı gərgin münasibətlərdən yazıb. Verilən məlumata görə, şahzadə Uilyam barışıq ehtimalını tamamilə rədd edir, çünki Harrinin etibarını itirdiyini düşünür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->