Xəbər lenti

Şahzadənin oğlu anasının xəstəliyinə görə azadlığa çıxa bilər
Dünya 14:54 07.06.2026

Şahzadənin oğlu anasının xəstəliyinə görə azadlığa çıxa bilər

Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Heybi anasının səhhəti ilə bağlı ailəsinin həkimlərlə görüşündə iştirak etmək üçün müvəqqəti olaraq azadlığa buraxıla bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə onun vəkili Petar Sekulik "TV2” kanalının efirində məlumat verib.

Bundan əvvəl kral sarayı vəliəhd şahzadəyə ağciyər fibrozuna görə ağciyər transplantasiyası növbəsinə salındığını açıqlamışdı. Xəstəlik ilk dəfə səkkiz il əvvəl erkən mərhələdə aşkarlanıb. Lakin NRK tele-radio şirkətinin məlumatına görə, ötən payız xəstəlik kəskinləşib.

Sekulik 5 iyun tarixində bildirib ki, müdafiə tərəfi Marius Borq Heybinin həbsdən azad edilməsi üçün prokurorluğa müraciət etsə də, qurum bu xahişi rədd edib.

"Polis heç bir addım atmadı, lakin Norveç İcra Xidməti prosesə qoşularaq onun müvəqqəti azad edilməsini təklif etdi”, deyə hüquq müdafiəçisi bildirib.

Vəkilin sözlərinə görə, polis tərəfi Heybinin müvəqqəti azadlığa buraxılmasına etiraz etməyib. "TV2”nin məlumatına əsasən, o, tibbi görüşdə iştirak etməyi planlaşdırır. Jurnalistlər bildirirlər ki, "məzuniyyət” verildiyi halda təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının müşayiəti ilə hərəkət edəcək.

Cari ilin fevralında məlum olub ki, vəliəhd şahzadə Hokunun ögey oğlu olan Heybiyə qarşı irəli sürülən ittiham "huşsuz vəziyyətdə olan və ya digər səbəbdən müqavimət göstərə bilməyən şəxslə cinsi əlaqə” ilə bağlıdır. Mart ayında isə prokurorluğun Heybi üçün yeddi il azadlıqdan məhrumetmə cəzası tələb etdiyi bildirilmişdi.

Aydın
--> -->