Aİ üzvlüyü: Moldova və Ukraynaya “yaşıl” işıq, Gürcüstana rədd cavabı...
Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib. Gürcüstan bununla bağlı rədd cavabı alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen mətbuat konfransı zamanı bildirib.
İyunun 23-24-də Brüsseldə keçiriləcək sammitdə namizəd statusunun verilməsi məsələsinə Aİ ölkələrinin prezidentləri və baş nazirləri tərəfindən baxılacağı gözlənilir.
Müsbət qərar üçün Aİ-nin bütün 27 dövlətinin yekdil dəstəyi lazımdır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər