XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakı metrosunda hərəkəti dayandıran səbəb açıqlandı
Ölkə09:12 14.09.2026

Bakı metrosunda hərəkəti dayandıran səbəb açıqlandı

Bakı metropolitenində yaranan problemin səbəbi məlum olub.

Qaynarinfo xəbər verir ki, Bakı Metropoliteni QSC-nin yaydığı məlumata görə, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.

Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.