Xəbər lenti

Dünya 14:30 17.01.2024

"Airbus" İrana 100 təyyarənin tədarükünü ləğv etdi

"Airbus” İranın "Iran Air” aviaşirkətinə çatdırılması nəzərdə tutulan 100 təyyarəni sifariş kitabından çıxarıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə istehsalçının 2023-cü il üçün hesabatında deyilir

Tərəflər arasında müqavilə 2016-cı ilin sonunda bağlanıb, ABŞ-ın İrana qarşı sanksiyalarını bərpa etməsindən sonra saziş dondurulub.

Nüvə sazişi çərçivəsində 2016-cı ildə İrana qarşı bəzi məhdudiyyətlər götürülüb. Bundan sonra ölkə Airbus ilə 100 təyyarənin tədarükü barədə razılığa gəlib. FlightGlobal portalı yazır ki, onların arasında 16 A350-1000, 28 A330-900, 10 A330-200, 32 A320neo, 8 A321 və 6 A320 olub. Şirkət "İran Air”i ilkin olaraq Kolumbiyanın "Avianca” şirkəti üçün nəzərdə tutulmuş iki geniş gövdəli A330-200 və bir dar gövdəli A321 təyyarəsi ilə təchiz edib.

2018-ci ildə İtaliyanın təyyarə istehsal edən nəhəngi "Leonardo SpA” və "Airbus SE” şirkətlərinin birgə müəssisəsi tərəfindən istehsal olunan, İranın sifariş etdiyi, lakin hələ də ona təhvil verilməmiş ATR təyyarəsi üçün yeni alıcılar axtardığı bildirilir. 18 ATR 72-600 təyyarəsinin tədarükü üçün müqavilə 2016-cı ildə bağlanıb, onun dəyəri 1 milyard avro olub. İran 12 təyyarə alıb, daha 6 təyyarə isə sanksiyalara görə ona verilməyib.

Xatırladaq ki, ABŞ 2018-ci ildə nüvə sazişindən çıxdıqdan və İrana qarşı sanksiya siyasətinə qayıtdıqdan sonra Tehran əvvəlki razılaşmalar üzrə üzərinə götürdüyü bir sıra öhdəliklərdən imtina edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->