İdman 09:11 19.05.2022

Almanlar Avroliqanı belə qazandı (VİDEO)

Ötən axşam UEFA Avropa Liqasında 2021/22 mövsümünün qalibi bəlli olub.

Qaynarinfo xəbər verir ki, turnirin final oyununda Şotlandiya "Reyncers"ini məğlub edən Almaniya "Ayntraxt"ı titula sahib çıxıb.

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan "Ayntraxt" Avropa Liqasının qalibi olub.

Ayntraxt (Almaniya) - Reyncers (Şotlandiya) 1:1 (Əlavə vaxt - 0:0, Penalti - 5:4)
Qollar: Rafael Borre, 69 - Co Aribo, 57