"Qarabağ" futbol klubunda U-12 qızlardan ibarət komanda yaradılıb.
Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni yaradılan komanda artıq məşqlərə başlayıb. UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malik Gülyana Özcanın rəhbərlik edəcəyi kollektiv oktyabr ayından etibarən U-12 Qızlar Liqasında mübarizə aparacaq.
Həmçinin "Qarabağ" Qadın Futbolu Departamentinin rəhbəri vəzifəsinə Vüsal Həsənovun təyin olunduğu açıqlanıb.
Şərhlər