XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Alpın altında supervarlıar üçün özəl mağaralar tikiləcək - 99 illiyə icarəyə veriləcək
Dünya22:25 12.08.2026

Alpın altında supervarlıar üçün özəl mağaralar tikiləcək - 99 illiyə icarəyə veriləcək

İsveçrə Alp dağlarında supervarlılar üçün lüks əşyaların saxlanıla biləcəyi mağara-anbarlar hazırlanır.

Qaynarifno xəbər verir ki, bu barədə hotnews.ro yazıb.

Layihənin tərtibatçısı Tomas Qasser bildirib ki, gələn ildən etibarən İsveçrənin mərkəzində yerləşən Brüniq massivində təxminən 20 mağara istifadəyə veriləcək. Burada sənət əsərləri, qiymətli metallar, kolleksiya avtomobilləri və ya elit şərabları təhlükəsiz şəkildə saxlamaq mümkün olacaq.

Mağaralara daxil olmaq üçün əvvəlcə buraxılış-nəzarət məntəqəsindən keçmək, daha sonra isə bir neçə müxtəlif yoxlamadan keçmək tələb olunacaq. Yoxlamaların təfərrüatları açıqlanmır.

Biznesmen bildirib ki, hər mağara 99 il müddətinə minimum 1 milyon İsveçrə frankına (1,07 milyon avro) icarəyə veriləcək. O, bir çox insanın bu məbləği ödəməyə hazır olduğunu deyib.

"Uzun müddət Dubay təhlükəsiz yer hesab olunurdu, lakin bu gün bu fikir şübhə altına alınır və insanlar aktivlərinin bir hissəsini təhlükəsiz yerdə saxlamaq istəyirlər", deyə sahibkar əlavə edib.

Məlumata görə, bir neçə müştəri artıq bu obyektlərdən istifadə hüququnu əldə edib.

Bu layihə həyata keçirilməzdən əvvəl köhnə İsveçrə hərbi bunkerlərindən seyf kimi istifadə olunurdu. Hazırda İsveçrə ordusu “Rusiya təhlükəsi” kontekstində belə bunkerlərdən bir neçəsinin yenidən istifadəyə verilməsi və onların sursat və ya zəruri əşyaların saxlanması üçün istifadəsi imkanını nəzərdən keçirir.

Aydın