Xəbər lenti

Dünya 23:05 08.04.2024

Amerika demokratları Netanyahuya qarşı çıxdı

İsrail hökumətinin başçısı Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığından və ölkə ordusunun Qəzza zolağında "World Central Kitchen" (WCK) humanitar təşkilatının əməkdaşlarına hava zərbəsi endirdikdən sonra Demokrat Partiyasının üzvlərini özünə qarşı çevirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Jurnalistlər bildiriblər ki, Amerika parlamentinin aşağı palatasından olan 37 demokrat konqresmen WCK əməkdaşlarına hücumla bağlı bəyanat hazırlayıb. Orada deputatlar İsrailə yeni yardım paketi təqdim etmək üçün bu yaxınlarda icazə verilən qərara yenidən baxmağa çağırıblar.

"Bu insidentlə əlaqədar olaraq, biz sizi hava hücumunun tam təhqiqatı tamamlanana qədər bu və gələcək hücum silahlarının ötürülməsini dayandırmağa çağırırıq", deyə sənəddə qeyd edilir.

Məqalə müəlliflərinin fikrincə, demokratların reaksiyası Bayden və Netanyahu arasında telefon danışığının "sərt tonu" ilə üst-üstə düşüb.

Aprelin 5-də "The New York Times” qəzeti yazıb ki, Amerika lideri İsrailin baş naziri ilə 30 dəqiqəlik telefon danışığı aparıb. Eyni zamanda, Ağ Evin sahibi həmsöhbətini İsrail əsgərlərinin Qəzza zolağında mülki əhali ilə yaxşı rəftar etməyəcəyi təqdirdə yardımı dayandıracağı ilə hədələyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->