Xəbər lenti

Ölkə 14:11 17.02.2023

"ANS Press" fəaliyyətini bərpa etdi (AÇIQLAMA)

"ANS Press" portalı fəaliyyətini bərpa edib.

Qaynarinfo xəbər verir ki, bu gündən saytda xəbərlər yenilənməyə başlayıb. Fəaliyyətin bərpa edilməsi ilə bağlı saytda məlumat da yerləşdirilib:

"ANS Press" (anspress.com) portalı bu gündən ictimaiyyət üçün açılıb. Bir ildən artıqdır bu portal üzərində işləyirlər, bu günə qədər ancaq daxili istifadəçilər üçün fəaliyyət göstərirdik. Xəbər bu portalın bir hissəsidir. Radioya qulaq asa bilərsiniz, televiziya var, bloqlar var və s.
 
Yəni anspress portalı unikal bir platforma kimi fəaliyyət göstərəcək. Məsələn, oxucularımız, tamaşaçılarımız, yaxud dinləyicilərimiz bir toxunuşla tvseans.com-a keçə bilərlər və ən məşhur filmlərə üç dildə tamaşa edə bilərlər. Yaxud radioda ən son hitlərə qulaq asa bilərlər. Televiziya youtube kanalımıza bağlanır, bütün verilişlərə baxa bilərsiniz".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->