Fransada “Ekolonistlər” partiyasını təmsil edən prezidentliyə namizəd Marin Tondelye hazırkı prezident Emmanuel Makronun iştirakı ilə keçirilən müşavirədən cəmi bir neçə saat sonra uşaq dünyaya gətirib.
Qaynarinfo xəbər verir ki, bu barədə “BFMTV” məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, prezident Fransa siyasi partiyalarının liderləri ilə görüşüb. İclas zamanı Yaxın Şərq və Ukraynadakı münaqişələr, eləcə də Fransada yanacağın qiymətlərinin rekord səviyyədə artması müzakirə olunub.
Məlumata görə, 40 yaşlı Tondelye müşavirə başa çatdıqdan az sonra doğuş edib. Siyasətçinin artıq yeddi yaşlı oğlu var və bu, onun ikinci doğuşudur.
Nəşrin müəllifləri qeyd ediblər ki, prezidentliyə namizəd hamilə olmasına baxmayaraq seçki kampaniyasını davam etdirib. Hətta doğuş günü o, müsahibə verib və Fransa Respublikasında yaxın zamanda kütləvi etirazların başlayacağını proqnozlaşdırıb.
Avqust ayında “Paris Match” həftəlik jurnalının nömrələrindən birinin üz qabığında Makronun hidrosikldə oturduğu foto dərc olunub. Bu görüntü qalmaqala səbəb olub və prezident Fransanın istilər və meşə yanğınları səbəbindən “yanarkən” “əyləndiyinə” görə tənqid edilib.
Marin Tondelye də Fransa prezidentini tənqid edənlər arasında olub. O, sosial şəbəkələrdə yazıb ki, quraqlıq və kənd təsərrüfatı böhranı fonunda Emmanuel Makron özünün “böyük hidrosikleti” ilə öyünmək qərarına gəlib.
Aydın
Şərhlər