Xəbər lenti

AQTA bələdiyyə sədrinin müavinindən mebel alır
Ekonomiks 11:59 06.01.2026

AQTA bələdiyyə sədrinin müavinindən mebel alır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mebel və avadanlıqların satın alınması ilə bağlı kotirovka sorğusuna yekun vurub. 

Qaynarinfo xəbər verir ki, sorğunun qalibi fiziki şəxs Əzizov Əsəd Qacar oğlu seçilib. AQTA ilə Əsəd Əzizov arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 36 367,6 manat təşkil edir. 

Qurum bu məbləğə müdir kürsüsü, dəmir dolab, müsafir kürsüsü, eleqant mebel dəsti, bayraq dirəyi və s. bu kimi invertarlar alacaq. 

Əsəd Əzizov Masallı bələdiyyəsinin sədrinin müavinidir. Bununla belə, o, biznes fəaliyyəti ilə məşğuldur. Əsəd Əzizovun tərcümeyi-halında da onun biznesmen olduğu qeyd edilib. 

Azərbaycan qanunvericiliyinə görə isə o, bələdiyyədə vəzifə tutduğu üçün biznes fəaliyyəti ilə məşğul ola bilməz. 

Seyid

--> -->