Misli Premyer Liqasının növbəti turunda "Kəpəz”lə qarşılaşacaq "Araz-Naxçıvan” oyuna itkilərlə çıxa bilər.
Qaynarinfo-nun məlumatına görə "Sumqayıt”la oyunun birinci hissəsində zədələnən və matçı davam etdirə bilmədiyinə görə fasilədə əvəzlənən Mohammed Kadirinin, eləcə də məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin Gəncədəki görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadır.
Qarşılaşma sentyabrın üçündə, saat 17:00-da, Gəncə şəhər stadionunda keçiriləcək.
Səbuhi Həsənov
Şərhlər