İdman 13:32 10.02.2024

Argentinanın yoldaşlıq görüşü Messiyə görə ləğv olundu

Çində Argentina və Nigeriya arasında baş tumalı olan yoldaşlıq görüşü Messi qalmaqalına görə ləğv edilib.

Qaynarinfo-nun məlumatına görə, fevralın dördündə "İnter Mayami” Honq Konqda yerli çempionatın ulduzları ilə yoldaşlıq oyunu keçirib və 4:1 hesablı qələbə qazanıb. Ancaq azarkeşlər "Qızıl top”un səkkizqat sahibinin meydanda görünməməsindən narazılıqlarını bildiriblər. Daha sonra futbolçu zədə səbəbindən oynamadığını açıqlayıb. Cümə günü baş tutacağı gözlənilən görüşün təşkilatçıları biletlərin yarısını geri qaytaracağını açıqlayıb.

Hançjou İdman Komitəsindən verilən açıqlamada, "Argentina milli futbol komandası daha əvvəl bu ilin martında Hançjou şəhərində yoldaşlıq oyunu keçirməyə razılaşmışdı. Məlum səbəblər üzündən yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı şərait olmadığı üçün onu ləğv etmək qərarına gəldik” - bildirilib.

Messi ötən mövsüm MLS-də meydana çıxdığı 15 oyunda 11 qola, beş məhsuldar ötürməyə imza atıb. 

Səbuhi Həsənov