Xəbər lenti

İdman 12:14 21.01.2023

"Arsenal" yeni transferini açıqladı

İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal" yeni transferini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, klub "Brighton & Hove Albion"dan belçikalı futbolçu Leandro Trossardı transfer edib.

"Arsenal" 28 yaşlı hücumçu ilə müqavilənin müddəti və transfer qiymətini açıqlamayıb. Ancaq İngiltərə mətbuatı müqavilə müddətinin 4,5 il olduğunu, "Arsenal"ın bu transfer üçün 21 milyon avro ödəyəcəyini və bonuslarla bu məbləğin 25 milyon avroya çata biləcəyini yazıb.

Londonlular Trossardın 19 nömrəli formanı geyinəcəyini açıqlayıb.

Yeni klubuna keçidindən sonra klubun rəsmi saytına açıqlamasında belçikalı hücumçu "Başlamaq üçün səbirsizlənirəm. Bu, böyük klubdur və mən nəyə qadir olduğumu azarkeşlərə göstərməyə hazıram. Hər kəs bizim nə qədər yaxşı irəlilədiyimizi getdiyimizi görür və mən azarkeşlərin arzularına çatmasına kömək etmək üçün buradayam" - deyib.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta isə, "Leandro yüksək texnikaya, intellektə və Premyer Liqada böyük təcrübəyə malik çox yönlü oyunçudur. Mövsümün ikinci hissəsinə daxil olaraq heyətimizi gücləndirdik və onunla işləməyi səbirsizliklə gözləyirik" - szölərini söyləyib.

Səbuhi Həsənov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->