Bu gün Azərbaycan təmsilçisi "Sabah" Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Qaynarinfo xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada "KuPS"un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bu komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
28 iyul
19.00 KuPS (Finlandiya) - Sabah (Azərbaycan)
Baş hakim: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (İsrail).
VAR: Daniel Bar Natan (İsrail).
AVAR: Eitan Şumelevitz (İsrail).
Kuopio. Mərkəzi Stadion.
Şərhlər