Fibi Qeyts dünyanın ən tanınmış qurucularından birinin evində böyüyüb. Bill Qeytsun sıfırdan qurduğu "Microsoft” ilə texnologiya tarixində necə iz qoyduğuna yaxından şahidlik edib. Çoxları düşünürdü ki, uğur ona hazır təqdim olunacaq. Lakin gerçək hekayə tamamilə fərqli olub.
Qaynarinfo xəbər verir ki, 2022-ci ildə Stanford Universitetində yolları Sofia Kianni ilə kəsişib. Otaq yoldaşı olaraq eyni tələbə yataqxanasında qalıblar. Ortaq maraqları isə modaya duyduqları həvəs olub. Çox keçmədən eyni problemi yaşadıqlarını fərq ediblər.
Saatlarını bir saytdan digərinə keçərək ən yaxşı qiyməti tapmağa sərf edirlər. Məhsulları tək-tək müqayisə edir, endirim kodlarını əl ilə axtarırlar. Bu proses həm zamanlarını, həm də enerjilərini sərf edir.
Ağlını məşğul edən sual belə idi: Süni intellekt həyatın hər sahəsinə daxil olduqdan sonra, niyə ən yaxşı fürsətləri avtomatik tapacaq bir alət yoxdur? Cavab sadə idi – çünki heç kim bunu hələ yaratmamışdı. 2025-ci ilin aprelində bu boşluğu doldurmağa qərar verirlər.
"Phia" doğuldu: Süni intellekt dəstəkli alış-veriş asisenti
Ortaya çıxan məhsulun adı "Phia” olur. "Phia" brauzerə əlavə edilən süni intellekt dəstəkli bir əlavədə işləyir. Qiymətləri izləyir, məhsulların ikinci əl dəyərini təxmin edir və ən yaxşı təklifləri dərhal göstərir. Başlanğıcda kiçik bir yan layihə kimi nəzərdə tutulan fikir qısa zamanda çox daha böyük bir struktura çevrilir.
İlk beş ayda "Phia" diqqətçəkən bir sürət qazanıb: 500 min istifadəçiyə çatıb, 5 min markayla əməkdaşlıq qurub və on milyonlarla dollarlıq satış həcmi yaradıb. Kris Cenner, Heyli Biber, Maykl Rubin və Sara Blakeli kimi tanınmış şəxslərdən 8 milyon dollar yatırım alıb. Lakin bu yalnız başlanğıc idi.
10 ayda 1 milyon istifadəçi və 185 milyon dollar dəyərləndirmə
Son 10 ayda sürət daha da artıb. İstifadəçi sayı iki dəfə artaraq 1 milyonun üzərinə çıxıb, platformadakı marka sayı 6.200-dən çox olub. "Phia" alış-verişdə üstünlük verilən süni intellekt asisenti kimi özünü möhkəmləndirib. Böyümənin növbəti mərhələsi üçün şirkət 35 milyon dollarlıq yeni bir yatırım turu açıqlayıb və bu, şirkətin dəyərləndirilməsini 185 milyon dollara yüksəldib.
"Phia"nın məqsədi, istehlakçılar və markalar arasında yeni bir əlaqə qatını yaratmaqdır. Fibi Qeyts uğurunu miras almayıb: Stanford Universitetindəki tələbə yataqxanasının otağında inşa edib. Endirim axtarışından başlayan fikir, bu gün 1 milyondan çox insanın güvəndiyi bir süni intellekt alış-veriş alətinə çevrilib. Servət həmişə ötürülmür – bəzən sıfırdan qurulur.
Aydın
Şərhlər