Xəbər lenti

Ekonomiks 10:42 06.04.2026

"AtaSığorta" 2 milyon zərər etdi, yığımları kəskin azaldı

"AtaSığorta” ASC-nin sığorta yığımlarında ciddi azalma qeydə alınıb.

Valyuta.az xəbər verir ki, 2026-cı ilin ilk 2 ayında şirkət cəmi 2 min manat sığorta yığımı həyata keçirib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyon 702 min manat olub.

Beləliklə, illik müqayisədə yığımlar 1 milyon 700 min manat və ya 99,88% azalıb.

Ödənişlərə gəldikdə isə, cari ilin ilk iki ayında şirkət 1 milyon 345 min manat ödəniş edib. Ötən ilin eyni dövründə bu rəqəm 687 min manat təşkil edib.

Bu isə illik müqayisədə 658 min manat və ya 95,77% artım deməkdir.

Yığımların kəskin azalması fonunda ödənişlərin artması şirkətin zərərliliyinə birbaşa təsir göstərib.

Belə ki, 2026-cı ilin yanvar ayında şirkət hər 100 manat yığımın 67,25 manatını ödənişlərə yönəldib. Ötən ilin eyni dövründə bu göstərici 40,36 manat olub.

--> -->