Xəbər lenti

Avqustda Avrozona ölkələrində inflyasiya 9%-dən çox olub
Dünya 23:59 01.09.2022

Avqustda Avrozona ölkələrində inflyasiya 9%-dən çox olub

Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlaması ilə Avrozona ölkələrində inflyasiya artıb. Bu yüksəliş tendensiyası avqust ayında da davam edib və bu ay Avrozonanın 19 ölkəsində inflyasiya 9.1%-a çatıb.

Qaynarinfo bu barədə "News.bitcoin" saytına istinadən xəbər verir.

Avropa Statistika Mərkəzi bu dərəcəsi açıqlayarkən 1999-cu ildə avronun dövriyyəyə buraxılmasından sonra ən yüksək inflyasiya səviyyəsini qeyd edib. İyulda Avrozonada inflyasiya 8.9% səviyyəsində açıqlanıb. Mütəxəssislər avqust ayı üçün inflyasiyanın 9% olacağını proqnozlaşdırırdılar.

Qiymətləri kəskin bahalaşan maddələr arasında enerji liderdir. Son bir ildə enerjinin qiyməti 38,3% artsa da, avqustda iyul ayı ilə müqayisədə bir qədər az bahalaşıb.

Sənaye materiallarının və xidmətlərin qiyməti də xeyli artıb. Enerjidən başqa sənaye materialları 5%, xidmətlər isə 3,8% artıb. Ərzaq, spirtli içkilər və tütün məmulatlarının qiymətləri 6,10 faiz qalxıb.

M.Arif

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->