İdman 14:41 29.04.2022

Avroliqa matçında azarkeşlər şərhçilərə hücum edib

Avroliqanın yarımfinal mərhələsinin ilk qarşılaşmaları çərçivəsində baş tutan "Vest Hem" - "Ayntraxt" oyununda Alamniya radiostansiyasının şərhçiləri hücuma məruz qalıb.

Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, Londonda baş tutan görüşdə alman şərhçilər Filip Hofmeyster və Tim Brokmayer oyunun ik yarısında azarkeşlərin hücumuna məruz qaldıqlarını iddia ediblər. Nəticədə ikinci hissədə onlar tribunanın başqa tərəfinə köçürülüb. 

"Vest Hem" məsələ ilə bağlı açıqlamasında insidentdən xəbərdar olduqlarını, cinayətkarların kimliyini müəyyənləşdirməyə çalışdıqlarını və tapılacaqları təqdirdə polisə təqdim edəcəklərini bildirib. Bununla yanaşı həmin azarkeşlərə "Vest Hem"in stadionuna girişinə qeyri-müəyyən vaxta qədər qadağa qoyulacağı deyilib. 

London stadionunda keçirilən görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Səbuhi Həsənov