Xəbər lenti

İdman 20:11 03.09.2025

"Xankəndi"nin baş məşqçisi: "II Liqanın qalibi olmağı hədəfləmişik"

Azərbaycanın II Liqasının debütantı "Xankəndi" ölkə çempionatının qalibi olmağı hədəfləyib.

Bu barədə "Report"a açıqlamasında komandanın baş məşqçisi İbrahim Uzunca bildirib.

Ötən gün klubla müqaviləsinin müddətini uzadan türkiyəli mütəxəssis yaxşı komanda formalaşdırdıqlarını söyləyib: 

"Müqaviləmin müddətinin uzadılmasına görə xoşbəxtəm. Çünki qarşıda böyük hədəflər var. Ötən il Region Liqasının qalibi olduq. Cari mövsümdə isə II Liqada bunun davamını gətirmək, çempion olmaq istəyirik. I Liqaya yüksələ biləcək səviyyədə komanda formalaşdırmışıq. Uşaqlara, öz gücümüzə inanırıq. Yaxşı olduğumuz müddətdə özümüzə ancaq özümüzü rəqib görürük. Həmçinin digər rəqiblərə hörmət edirik. Hər biri ilə meydanda ciddi mübarizə aparacağıq və bunun üçün yetərli gücümüz var".
O, daha sonra Premyer Liqasına iddia edəcəklərini vurğulayıb:
"Ötən mövsümdəki heyətdən bəzi futbolçuları saxlamışıq. Bizi hədəfə çatdıracaqlarına sonsuz inamımız var. Heyəti gücləndirəcək futbolçular da dəvət etmişik. Çalışmalarımız ən yüksək səviyyədə davam edir. I Liqaya vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Xankəndi" komandasını layiq olduğu yerlərə daşımaq istəyirik. Sonra da qismət olarsa, Premyer Liqaya yüksəlməyi hədəfləyəcəyik. Bunu bacaracağımıza inanırıq.
"Xankəndi"nin adını bütün Avropaya tanıtdırmağı hədəfləmişik".
Qeyd edək ki, AFFA Region Liqasının qalibi olan "Xankəndi" 2025/2026 mövsümündə Azərbaycanın II Liqasında çıxış edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->