Dünya 17:50 04.05.2022

Avropa Birliyi Moldovaya hərbi yardımı artırır

Avropa Birliyi Ukraynanın qonşusu Moldovaya hərbi yardımı artıracaq.

Qaynarinfo "Times of İsrael” saytına isinadla xəbər verir ki, bu barədə Avropa Şurası prezidenti Şarl Mişel deyib.

Son günlər Moldovanın Rusiyameyilli separatçı Dnestryanı bölgəsində gərginlik artıb. Rusiyanın Ukrayna ərazisi vasitəsilə bu bölgəyə quru yol açmaq istədiyi haqqında söhbətlər dolaşır. Bundan əlavə keçən həftə separatçı bölgədə bir neçə müəmmalı partlayış törədilib.

Son hadisələr Moldovada narahatçılığı artırıb. Bu hadisələr və Moldovanın narahatçılığı fonunda Avropa Şurası sədri Şarl Mişel ölkəyə səfərə gəlib.

"Bu il biz Moldova silahlı qüvvələrinə əlavə hərbi texnika verməklə ölkəyə dəstəyimizi əhəmiyyətli dərəcədə artırırıq”, deyə Şarl Mişel Moldova prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Şarl Mişel Avropa Birliyinin Moldovaya logistika, kiber müdafiə sahələrində yardımı artıracağını və ölkəyə daha çox hərbi quruculuq imkanları verməyə çalışacağını bildrib.

"Avropa Birliyi sizinlə, Moldova ilə tam həmrəydir. Sizin ölkənizə kömək etmək və dəstəkləmək bizim Avropa öhdəliyimizdir”, deyə Mişel bildirib.

Nurlan