Xəbər lenti

Avropa İttifaqı iki yeni anti-Rusiya sanksiya paketi hazırlayır
Dünya 10:15 21.12.2023

Avropa İttifaqı iki yeni anti-Rusiya sanksiya paketi hazırlayır

Avropa İttifaqı Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketini hazırlayır. 

Qaynarinfo xəbər verir ki, bu barədə " İzvestiya” qəzeti Avropa Parlamentinin Çexiyadan olan deputatı Tomaş Zdexovskiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, paketlərin hazırlanması çox vaxt aparmayacaq və yeni paketlər "çox tezliklə” Aİ-yə üzv ölkələrə təqdim oluna bilər.

Estoniyalı deputat Yana Toomun sözlərinə görə, yeni sanksiyaların qəbulu təşəbbüsü əsasən Baltikyanı ölkələrdən gələcək. Eyni zamanda, o, nəşrlə söhbətində qeyd edib ki, sanksiya aləti sonsuz deyil və haradasa bir limit var ki, tezliklə bitə bilər.

Avropa İttifaqı bu həftə Rusiyaya qarşı sanksiyaların 12-ci paketinin təsdiqini başa çatdıra bilər.

Bundan əvvəl Avropa İttifaqının Ukraynada döyüşlər bitsə belə, Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcəyi  bildirilib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->