Avropa İttifaqına üzv bir sıra ölkələr qərarların qəbulunda veto hüququnun məhdudlaşdırılması və ya tamamilə ləğvi ideyasını dəstəkləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.
Məqalədə bildirilir ki, Almaniya və İsveç bu təşəbbüslə çıxış edən ölkələr arasındadır. Jurnalistlərin yazdığına görə, Almaniyanın xarici işlər naziri İohann Vadeful xarici siyasət və təhlükəsizlik məsələlərində yekdillik prinsipindən imtinanı dəstəkləyib. Onun fikrincə, xüsusilə Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyalarla bağlı son qərarlar dəyişikliklərin zəruriliyini göstərir.
Eyni zamanda "Politico” qeyd edir ki, Fransa, Belçika və Aİ-nin bəzi daha kiçik üzv dövlətləri veto hüququnun saxlanılmasının tərəfdarıdır. Onlar bu hüququ milli maraqların qorunması ilə əsaslandırırlar.
Bundan əvvəl Vadeful bildirmişdi ki, Avropa İttifaqı yekdilliklə deyil, ixtisaslaşdırılmış səs çoxluğu prinsipi ilə qərarlar qəbul etməlidir. Onun sözlərinə görə, Aİ ayrı-ayrı ölkələr tərəfindən "bloklanmağa” imkan verə bilməz.
Aydın
Şərhlər