Xəbər lenti

Avropa Liqası:
İdman 09:07 16.07.2026

Avropa Liqası: "Qarabağ" cavab oyununa çıxır

Bu gün "Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə cavab oyununa çıxacaq.

Qaynbarinfo xəbər verir ki, "Throttarvöllur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı. 

"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olub.

Cütün qalibi 2-ci təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

16 iyul
00.00 Vestri (İslandiya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun.
VAR: Tomaş Koçourek.
AVAR: Ondrjey Berka.
"Throttarvöllur" stadionu.
(İlk oyun - 0:3).

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->