Xəbər lenti

Avropa ölkəsi məktəbli qızlara hicab taxmağı qadağan edir
Dünya 13:35 27.08.2025

Avropa ölkəsi məktəbli qızlara hicab taxmağı qadağan edir

Avstriya hakimiyyəti bu payızda 14 yaşından kiçik qızların məktəblərdə hicab taxmasına qadağa qoymağı planlaşdırır. 

Qaaynarinfo xəbər verir ki, bunu "Austria Presse Agentur"a açıqlamasında respublikanın gənclər, ailə, Avropa İttifaqı və inteqrasiya üzrə naziri Klaudiya Plakolm deyib.

"Mənim üçün söhbət hansısa dinin nümayəndələri ilə bağlı deyil, 14 yaşına qədər çadranın yeri olmamasından gedir", deyə rəsmi bildirib və İslam dinində də belə bir tələbin olmadığını qeyd edib.

Plakolm əlavə edib ki, hicabla bağlı rəsmi qadağa ilə yanaşı, tələbələrə psixoloji yardım göstəriləcək, o cümlədən, zəruri hallarda valideynlərlə söhbət də aparılacaq. Bundan əlavə, məktəb uşaq və gənclərin hüquqlarının müdafiəsi agentliklərini cəlb edə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->