Avropa Parlamentində (AP) deputatlar Sebastian Tünkkünen və Kristoffer Stormun iraq əsilli deputat Əbir əl-Sahlaniyə qarşı irqçi ifadələri səbəbilə qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazıb.
Qalmaqal miqrantların deportasiya qaydalarının sərtləşdirilməsinə dair qanun layihəsi üzrə səsvermədən sonra başlayıb. Əl-Sahlani bildirib ki, Avropa Parlamentində özünü heç vaxt bu qədər təhlükəsiz hiss etməyib.
Bundan sonra Avropa Mühafizəkarları və İslahatçıları (ECR) qrupunu təmsil edən Tünkkünen və Storm sosial şəbəkə şərhlərində həmkarlarının çıxışına cavab olaraq "bir az da ağla” ifadəsini yazıb, həmçinin ona "evinə qayıt” çağırışı ediblər.
Məlumata görə, Renew Europe fraksiyasının rəhbərliyi deputatların cəzalandırılmasını tələb edib.
"Bu cür davranışın cavabsız qalması halında formalaşa biləcək cəzasızlıq hissi məni getdikcə daha çox narahat edir”, deyə "Renew Europe" rəhbəri Valeri Aye bildirib.
Avropa Parlamentinin sədri Roberta Metsolanın sözçüsü Delfin Kolar məsələ ilə bağlı məlumat verərək bildirib ki, parlament sədri məsələni araşdıracaq.
Aydın
Şərhlər