Xəbər lenti

Dünya 18:54 22.02.2024

Avropa səhmləri rekord səviyyəyə yüksəldi

Avropanın əsas fond indeksi "Stoxx 600" yeni rekorda imza atıb. 

Qaynarinfo xəbər verir ki, hazırda göstərici 495,8 bəndədək yüksəlib. 

"Bloomberg" analitiklərinin fikrincə, cümə axşamı günü kotirovkaların artmasına səbəb texnoloji nəhəng "Nvidia"nın müsbət satış proqnozu olub və bu, bütün dünya üzrə investorların nikbinliyini dəstəkləyib.

2024-cü ilin əvvəlindən "Stoxx 600" təxminən 65% artıb. Qazanclar əsasən dörd şirkət tərəfindən təmin edilib: Niderland çip avadanlığı istehsalçısı ASML, Danimarka dərman istehsalçısı "Novo Nordisk", Alman proqram təminatı nəhəngi SAP və Fransız lüks mallar istehsalçısı LVMH.

Avropa bazarı bu il "Wall Street" ilə birlikdə böyüyür. Fevralın əvvəlində Amerikanın S&P 500 indeksi tarixdə ilk dəfə olaraq 5 min bəndin üzərində bağlanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->