Xəbər lenti

Sağlamlıq 23:02 07.04.2024

Ayaq üstə dayanaraq kompüterdə işləməyin faydaları

İş zamanı qaçış zolağında gəzmək, pilləkəndən, velosipeddən istifadə etmək və ya ayaq üstə işləmək məhsuldarlığı azaltmadan zehni performansı yaxşılaşdırmağa kömək edə bilər. 

Qaynarinfo xəbər verir ki, bunu JAHA jurnalında dərc olunan araşdırma göstərib.

Oturaq həyat tərzi müxtəlif xroniki xəstəliklərin riskini artırır: piylənmə, ürək-damar xəstəlikləri və diabet. Bütün günü işləyən insanlar idman etmək üçün kifayət qədər vaxt tapa bilmirlər. Yeni araşdırmalar göstərib ki, bu halda işi hərəkətlə birləşdirmək olar.

Təcrübədə 44 nəfər iştirak edib. Birinci gün adi iş masasında, ikinci gün ayaq üstə işləyən stolda, üçüncü gün iş zamanı pilləkəndən, dördüncü gün isə gəzinti zolağından istifadə ediblər.

İştirakçıların beyin funksiyası düşünmə qabiliyyəti, qısamüddətli yaddaş və konsentrasiyanın 11 testindən istifadə edilərək qiymətləndirilib. İncə motor bacarıqları onlayn yazma sürəti testindən istifadə edərək qiymətləndirilib.

İştirakçılar aktiv iş stansiyalarından istifadə etdikdə, onların beyin funksiyası ya yaxşılaşdı, ya da əvvəlki kimi qaldı və yazma sürəti bir qədər yavaşlayıb. Lakin bu, onların yazının düzgünlüyünə təsir etməyib. Onların işi fəaliyyətlə birləşdirdiyi günlərdə test nəticələri daha yaxşı olub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?